cabir

cabir Xəbərlər 16-05-2025, 18:30

XƏBƏRDARLIQ! - Bu çaylarda sululuq artıb, SEL KEÇƏCƏK

XƏBƏRDARLIQ! - Bu çaylarda sululuq artıb, SEL KEÇƏCƏK

Bəzi çaylarda sululuq artıb.

Bu barədə     Sun.Az         

-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.        

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 230 262 209 237 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.