cabir

cabir Xəbərlər 16-05-2025, 13:20

Şənbə günü də yağış yağacaq

Şənbə günü də yağış yağacaq

Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən      Sun.Az         -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.         

Lakin 16-dan 17-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-75% proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 159 159 150 167 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.