ice berg

ice berg İdman 17-05-2025, 13:00

"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

“Real Madrid” “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karrerası transfer edib.

 

Loading.aZ xəbər verir ki, futbolçu karyerasını İspaniya klubunda davam etdirəcək. Transferin son təfərrüatları hələ də həll edilməlidir.

 

Daha əvvəl bildirilib ki, ispan müdafiəçinin müqaviləsində satın alma bəndi 50 milyon avro göstərilib. Lakin “kral klubu”nun bunu aktivləşdirib-etməyəcəyi, yoxsa futbolçu üçün daha az məbləğin ödəniləcəyi hələlik məlum deyil.


Karreras bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 251 200 239 227 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.