Qəribədi
Zaman keçdikcə daha yaxşı başa düşürsən bəzi şeyləri..
Məsələn:insanların heç zaman yaxşı olmayacağını,gedən birinin heç zaman geri dönməyəcəyini,dönsədə əvvəlki kimi olmayacağını zaman örgədər sənə.. 'Sən nə qədər görməzdən gəlsəndə,hər gün üzünə-üzünə vurar həyat..
Zamanla hər şeyi başa düşdüyün kimi özünüdə başa düşürsən artıq,aynadakı sənin 'sən'olmadığını başa düşürsən,əvvəlki tək gülmədiyini görərsən,baxışları solmuş biri durar aynadakı əksində..
Hər gün biraz daha məhv olduğunu görərsən,inan mənə əziz dostum insanın öz bitişini izləməsi qədər acı verən bir şey yoxdur bu həyatda..
Dönüb bir keçmişinə baxarsan səhflərlə dolu olduğunu görərsən,birdə etməyəcəm deyərsən,bu son olsun deyərsən,Ama Yenə həmin səhfləri edərsən zövq alarcasına..
Qısacası nə bizə yaxşı gəlmədi onu etdik bu həyatda,kim bizi sevmədi onu sevdik,dəyər verənlərə fikir verməyib bizi dəyərsiz qılanları ucaltdıq gözlərimizdə..
Elə ən böyük səhfimiz yaşamağımız oldu bizim,Dünyaya gəldiyi günə lənət oxuyan biri kimi bitirəciyik bizdə bu həyatı..

Sevmək əzabdı, nə qədər xoş danışmasada onunla danışmağa cəht etməkdi sevmək. Sevmək qırıq stəkandan dodaqının kəsilməsini bilərək yenədə onda su içməkdi. Sevmək qarşıda böyük bir uçrum olduğunu bilmək, amma onun rəsmini göz önünə gətirib davam etməkdi o yolda. Sevmək yazdığı bir mesajı dəfələrcə oxuyub nəsə bir yenilik axtarmaqdı. Sevmək onun başqasına aid olduğunu bilib, yenədə onu ürəyində yaşatmaqdı. Sevmək sənə aid olmayan hər şeyi arzulamaqdı...

Bu, yəni, məndəki. Pessimizm deyil. Başqa bir şeydi. Depressiyadı bəlkə də. Gizli və dərin. Yaşama istəksizliyi. Çox kiçik arzuların olmasına baxmayaraq heç birini reallaşdıra bilməmək. Halbuki, başqaları üçün bunlar su içmək kimi bir şeydi. Kəskin və xroniki baş ağrıları. 12 saat yuxu. Ertəsi gün 5 saat yuxu. Halsızlıq. Məqsədsizlik. Həyatda heç bir yerə aid olmama hissi. Kosmosda ulduzların arasından tək başına dünyaya baxma istəyi. Özümə qarşı nifrət. Yaxınlarıma nifrət. Ətrafa nifrət. İnsanların hər hərəkətinin gözümə batması. İnsanların iç üzlərini görməyə başlamaq. 4 divar xarabalığımdan çıxmamaq istəyi. Ruhumun yalnız mənim eşitdiyim, gizli bağırtıları. Sevgisizlikdən qoca bir ağac kötüyü kimi çürüyən ürək. Nifrətin artması ilə ortaya çıxan və get-gedə artmaqda olan qara, zəhərə bənzər maddə. Havada asılılıq hissi. Boşluq. Yuxularda qalmaq istəyi. Heç oyanmamaq diləyi. 2 şəxsiyyətlilik. Və digər tərəfin düzəlmə üçün boş ümidləri. Nalələri. Hönkür-hönkür ağlama istəyi. Lakin, başını çiyninə qoyub ağlayacaq, təsəlli edəcək birinin olmaması. Yalnızlıq. Dərin bir yalnızlıq. Çox dərin. Öz gözyaşlarını özü silən bir qadın. Bunları heç kimə anlada bilməyəcək qədər gücsüz. Çarəsiz. Digər tərəfin eqolu, gözəl, özünəinamlı olma arzuları. O biri tərəfin isə "Sus! Olmadığın biri kimi davranmaqdan əl çək." sözləri. Və bunların heç kimə maraqlı olmaması. Olmalı da deyil. "Sənin vəziyyətinin yaxşı olmamağı əslində heç kimin vecinə deyil. Hətta ən yaxınlarının belə." Bu həqiqəti anlamağım. Halbuki, bir nəfər bir dəfə gözlərimə diqqətlə baxsa anlayar hər şeyi. İçində sevilməyə möhtac körpə bir adamı görə bilər. Əvvəllər ən xırda xoşbəxtliklərə belə sevinən biri idim. İndi isə həyatdan möcüzə gözləmirəm. Və bir gerçək daha.

İnsan dərdli deyil, dərdin özüdür. İnsan elə böyük bir dərddir ki, bu böyüklükdə bir şeyin ruhuna sığacağını ağlına gətirməz və bunu dünyanın, həyatın dərdi zənn edər. Həyat o durğun, zəhmli suyunda özünə baxan bu çirkin cüssəyə baxıb-baxıb, "Hər halda bu mənəm" deyər. Bu dərd də ona bəs edər...

Onsuz, bir zamanlar mənə ağ saqqallı meşənin danışdığına görə, adına "müharibə" deyilən şey, yer üzünün hər hansı bir nöqtəsində başlayıb, hər hansı bir nöqtəsində bitməz.
Hər şey kimi o da insanda başlayıb, insanda bitir. Bu səbəbdən, cəbhələr filan dağda, ya da filan ovalıqda deyil. Torpağı titrədə-titrədə gedən tanklar, ard-arda gumbuldayan toplar və dayanıb dincəlmədən giliz qusan tüfənglər insan övladının içindədir. Hətta, hələ ixtira olunmamış silahlar da insan övladının içindədir.
Yəni, insan bir müharibə meydanıdır. Pencək, köynək, şalvar yaxud da ətək geyinmiş, qalstuk taxmış, təraş olunmuş, ətirlər vurmuş bir müharibə meydanı. Gülümsəyən bir müharibə meydanı. Öpən, hətta oxşayan, danışan, susan, çiçəklər alıb, çiçəklər verən bir müharibə meydanı

Uzaq durmaq istədikcə daha çox bağlanıram sənə. Getmək istədikcə yaxınlaşıram sənə. Özümə heç cür etiraf edə bilmirəm sənə vurulduğumu və sənə aşiq olduğumu. Səninlə keçən hər gözəl günümün sonunda, ikimizlə bağlı arzular qururam. Amma o dəqiqə ağlıma gələn cümlə. Hər sevginin sonu bir əlvidadır olur. Qorxuram . Daha itirməkdən, yanılmaqdan qorxuram...

Həyatına girərkən fərqli hesab etdiyin birinin, əslində digərləri kimi olduğunu tərk edilincə anlayarsan. Başa düşərsən ki, əslində kimsənin fərqi yoxdu digərlərindən. Sadəcə biri müəkəmməl yalan danışmağı bacarar, biri daha yaxşı oyun oynamağı. Başlanğıc fərqli olsada, sonlar həmişə eyni bitər...

Ağlamak için gözden yaş mı akmalı?
Dudaklar gülerken,insan ağlayamaz mı?
Sevmek için güzele mi bakmalı?
Çirkin bir tende güzel bir ruh,kalbi bağlayamaz mı?
Hasret; özlenenden uzak mı kalmaktır?
Özlenen yakındayken hicran duyulamaz mı?
Hırsızlık;para,malmı çalmaktır?
Saadet çalmak,hırsızlık olamaz mı?
Solması için gülü dalından mı koparmalı?
Pembe bir gonca iken gül dalında solmaz mı?
Öldürmek için silah,hançer mi olmalı?
Saçlar bağ,gözler silah,gülüş,kurşun olmaz mı?

Bir insan birine yüzlerce kez veda edipte bir kere bile ayrılamayabilirmiş.

P.S Hasan Atalay - ÇOK İSTERDİM
Kukulka