HASANLY

HASANLY İdman 20-05-2025, 11:44

Vensan Abubakar "Qarabağ"a keçməyə çox yaxındır

Vensan Abubakar "Qarabağ"a keçməyə çox yaxındır

"Qarabağ" Vensan Abubakarla bir çox məsələdə ortaq məxrəcə gəlib.

Loading.Az xəbər verir ki, bu barədə "Foot Africa" nəşri məlumat yayıb.

Afrikada ulduz futbolçularla bağlı ən son yenilikləri çatdırmaqla tanınan sayt Kamerun millisinin hücumçusunun "Qarabağ"la apardığı danışıqların yekunlaşmaq üzrə olduğunu vurğulayıb: "33 yaşlı Abubakar getdikcə böyüyən çempionata hazır görünür. Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən "Qarabağ" meydanda fərq yaratmağa qadir olan təcrübəli futbolçunun komandanın məqsədinə çatmasında kömək olacağına inanır. Azərbaycan çempionu bir neçə aydır izlədiyi Abubakarı prioritet hədəfə çevirib. Müzakirələr sürətlə gedir və tərəflər bir çox məsələdə ortaq məxrəcə gəliblər".

"Foot Africa" Abubakarın mümkün keçidini Afrika futbolunda 2025-ci ilin yay transfer dönəminin ən əhəmiyyətlilərindən biri olacağını yazıb. Bildirilib ki, bu keçid "Qarabağ"a həm də kommersiya qazancı gətirəcək: "Onun "Qarabağ"a gedişi təsdiqlənsə, bu, Afrika futbolunun abidəsi üçün yeni mötəbər addım və çağırış olacaq".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Hatayspor" klubundan ayrılan Vensan Abubakar hazırda azad agent statusu daşıyır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 236 227 247 217 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.