HASANLY

HASANLY İdman 21-05-2025, 12:19

Fernando Muslera ilə vidalaşan "Qalatasaray" polşalı qolkiperlə danışıqlara başlayıb

Fernando Muslera ilə vidalaşan "Qalatasaray" polşalı qolkiperlə danışıqlara başlayıb

Mövsüm sonunda müqaviləsi başa çatacaq olan Fernando Muslera ilə vidalaşan "Qalatasaray" uruqvaylı qolkiperin boşluğunu polşalı qapıçı Marçin Bulka ilə doldura bilər.

Loading.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, hazırda Fransanın "Nitsa" klubunun şərəfini qoruyan Bulka "Qalatasaray"da çıxış etmək istədiyini və təklif olunacaq bütün detalları qəbul edəcəyini bildirib.

199 sm boyu olan qolkiper UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən "Qalatasaray"dan gələcək son təklifi gözləyir.

Tərəflər arasında razılıq əldə olunmayacağı təqdirdə "sarı qırmızılar" daha öncə icarə əsasında transfer olunan ukraynalı qolkiper Andrey Luninin keçidi üçün çalışacaqlar.

Qeyd edək ki, Marçin Bulkanın 25, Andrey Luninin isə 26 yaşı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 203 250 231 234 262

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.