HASANLY

HASANLY Xəbərlər 23-05-2025, 11:20

USAID-in Ukraynadakı əməkdaşları işdən çıxarılırlar

USAID-in Ukraynadakı əməkdaşları işdən çıxarılırlar

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı əməkdaşları 1 iyul 2025-ci il tarixindən etibarən rəsmi şəkildə işdən çıxarılacaq.

Loading.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, qərar ABŞ-nin dövlət satınalmaları portalında yerləşdirilmiş sənədlərində əksini tapıb.

Sözügedən əməkdaşlar humanitar proqramlar üzrə fəaliyyət göstərirdilər və bir qismi ABŞ Prezidenti Donald Trampın son seçkilərdə qələbəsindən sonra işə qəbul olunmuşdu. Ən bahalı müqavilə 455 min dollar dəyərində olub və kommunikasiya üzrə baş məsləhətçiyə aiddir. İşdən çıxarılan şəxslərin adları açıqlanmır.

Qeyd edək ki, ABŞ hökumətinin effektivliyinin artırılması ilə bağlı bu cür addımlar sahibkar İlon Maskın rəhbərlik etdiyi DOGE qurumu tərəfindən həyata keçirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 254 205 199 164 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.