Körpələrinin meyitini çamadanda saxlayan cütlük həbs edildi
Türkiyənin Adana bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. Ata və ana azyaşlı övladlarını qətlə yetirməkdə şübhəli bilinib. Sun.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, valideynlər körpələrini çamadanda gizlədərək hadisənin üstünün açılmamasına çalışıblar. Onlar ilkin ifadələrində "övladımıza nə oldu, bilmirik" desələr də, aparılan araşdırmalar nəticəsində uşağın qəsdən öldürüldüyü üzə çıxıb.
Hadisənin motivi hələlik məlum deyil. Hər iki şəxs saxlanılıb və faktla bağlı istintaq davam etdirilib.






