"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi
Yaponiya avtomobil istehsalçısı "Mazda" Rusiyaya avtomobil tədarükünü bərpa edib.
Loading.aZ xəbər verir ki, bu barədə “Mazda Motor Rus” MMC-nin mətbuat xidməti "Autonews"a məlumat verib.
Məlumata görə, rəsmi tərəfdaşlar vasitəsilə ölkəyə gətirilən bütün avtomobillərə üç il və ya 100 min kilometr yürüşə qədər zəmanət tətbiq olunur.







