HASANLY

HASANLY Xəbərlər 25-05-2025, 15:14

Putinin helikopteri Ukraynanın dron hücumunun mərkəzinə düşüb

Putinin helikopteri Ukraynanın dron hücumunun mərkəzinə düşüb

Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.

Loading.Az xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib.

Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb:

"Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik", - deyə o bildirib.

Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
140 159 165 137 153 126

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.