HASANLY

HASANLY İdman 25-05-2025, 15:33

Messi cərimə zərbəsindən vurulan qolların sayına görə Ronaldinyonu geridə qoydu

Messi cərimə zərbəsindən vurulan qolların sayına görə Ronaldinyonu geridə qoydu

Argentina yığmasının və "İnter Mayami" komandasının hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ilk üçlüyə daxil olub.

Loading.Az championat.com-a istinadla xəbər verir ki, MLS-də "Filadelfiya Yunion"a qarşı fərqlənən ulduz futbolçu cərimə zərbələrindən vurduğu qollarının sayını 67-ə çatdırıb.

O bu göstəricidə "Barselona" və "Milan"ın keçmiş oyunçusu Ronaldinyonu qabaqlayıb.

Bu cür qolların sayına görə "Lion"un keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano liderdir (77 qol).

İkinci yerdə 70 qolla əfsanəvi Pele gəlir. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun hesabında isə cərimə zərbəsindən 64 qol var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 199 183 238 169 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.