HASANLY

HASANLY İdman 26-05-2025, 11:46

Qazaxıstanlı qolkiper "Sabah"dan ayrılacaq

Qazaxıstanlı qolkiper "Sabah"dan ayrılacaq

"Sabah"ın bu ilin yanvarında sıralarına qatdığı Stas Pokatilov müqaviləsini yeniləməyəcək.

Loading.Az "Sportinfo"ya istinadən xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı altıaylıq müqavilə imzaladığı klubdan ayrılmağı üstün tutub.

O, rəsmilərlə görüşərək, müqaviləni uzatmayacağını qeyd edib, ölkəsinə qayıtmaq fikrini qətiləşdirdiyini bildirib.

Qolkiper bir-neçə təklifinin olduğunu, Azərbaycanda karyerasının başa çatdığını, mayın 31-də "Qarabağ"la keçirəcəkləri kubokun final matçının ardından vətəninə dönəcəyini söyləyib.

Pokatilov karyerası ərzində Qazaxıstanın "Akjayık" (2010-2013), "Şaxtyor Karaqanda" (2013-2015), "Aktobe" (2015-2016, 2022-2023), "Kayrat" (2016-2022), "Tobol" (2024) və Rusiyanın "Rostov" (2016) komandalarında çıxış edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 159 181 197 167 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.