Alimlər ədviyyatlı yeməklərin faydalarını açıqlayıblar...
...Yeməklərinizin ədviyyatlılığını artırmaq həddindən artıq yeməklə mübarizə aparmaq üçün təsirli bir yol ola bilər.
Loading.azın məlumatına görə, Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər. Araşdırmanın nəticələri Food Quality and Preference (FQP) jurnalında dərc olunub.
Təcrübədə 130 könüllü - tələbələr və ədviyyatlı yeməklərin istehlakına əks göstəriş olmayan ştatın digər sakinləri iştirak edib.
Onlara iki yemək - çili mal əti və toyuq tikka masala - iki variantda təklif edilib: ədviyyatlı və neytral.
Yemək zamanı iştirakçılar videomüşahidə altında olub: alimlər təkcə yeyilən miqdarı deyil, həm də yemək sürətini, içilən suyun miqdarını və digər parametrləri qeyd ediblər.
...Məlum olub ki, iştirakçılar ədviyyatlı yeməkləri daha yavaş yeyiblər. Bu, qidanın ümumi həcminin və istehlak edilən kalorilərin azalması ilə nəticələndi, toxluq və daddan həzz səviyyəsi isə dəyişməz qalıb.
Qruplar arasında içilən suyun miqdarında heç bir fərq aşkar edilməmişdi.







