HASANLY

HASANLY İdman 27-05-2025, 12:02

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı liqasında mövsümün bombardiri oldu

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı liqasında mövsümün bombardiri oldu

Səudiyyə Ərəbistanının futbol mövsümü rəsmən başa çatıb.

Loading.Az xəbər verir ki, "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu çempionatı 25 qolla Pro Liqanın bombardiri kimi başa vurub. Onun klubu 70 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Beşqat "Qızıl top"un sahibi "Ən-Nəsr"in heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və dörd məhsuldar ötürmə edib. 40 yaşlı hücumçu 2024/2025-ci illər mövsümündə AFK Çempionlar Liqasının səkkiz oyununda 8 qol vurub.

Ronaldunun 2024/2025-ci illər mövsümü üçün statistikası belədir;

- Səudiyyə Ərəbistanının Pro Liqası - 30 oyun, 25 qol, 3 məhsuldar ötürmə;

- AFK-nin Çempionlar Liqası - 8 oyun, 8 qol;

- Səudiyyə Ərəbistanı Superkuboku - 2 oyun, 2 qol, 1 məhsuldar ötürmə;

- Səudiyyə Ərəbistanı Kuboku - 1 oyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 150 158 180 197 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.