HASANLY

HASANLY Xəbərlər 27-05-2025, 12:29

MKİ-nın "Ulduz müharibələri" saytı, yoxsa casus şəbəkəsi? – İran ifşa etdi, agentlər öldü

MKİ-nın "Ulduz müharibələri" saytı, yoxsa casus şəbəkəsi? – İran ifşa etdi, agentlər öldü

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) uzun müddət "Ulduz müharibələri" kimi populyar film mövzularına həsr olunmuş fan saytlar vasitəsilə xarici ölkələrdəki agentləri ilə gizli ünsiyyət qurub.

Loading.Az xəbər verir ki, bu barədə ilk olaraq "404 Media" nəşri məlumat yayıb.

Nəşrin araşdırmasına görə, MKİ-nin bir neçə ölkədə, o cümlədən Almaniya, Fransa, İspaniya və Braziliyada fəaliyyət göstərən, adi maraq platforması kimi görünən saytları olub. Saytlar musiqi, kino və idman kimi mövzuları əhatə etsə də, əslində, casuslar üçün nəzərdə tutulmuş gizli kommunikasiya vasitəsi imiş.

Sistemin iş prinsipi sadə olub: adi istifadəçilər kontenti izlədiyi halda, agentlər xüsusi kod-parolu axtarış sahəsinə daxil etməklə məxfi portala keçid əldə edib, tapşırıqlar alıblar.

Bu gizli şəbəkə İran xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ifşa olunub. İranlı agentlər ABŞ casusu Qolamrza Hüseynini həbs etdikdən sonra həmin saytların birini müəyyənləşdiriblər. Texniki araşdırmalar nəticəsində məlum olub ki, bu tip fan saytlar oxşar dizayna malikdir və eyni IP ünvan aralığında yerləşirlər.

Maskalanmanın uğursuzluğu ciddi nəticələrə səbəb olub - İran və Çin ərazisində fəaliyyət göstərən bir çox ABŞ agenti ifşa olunub və həyatlarını itiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 182 180 146 156 136

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.