AzizA

AzizA Xəbərlər 28-05-2025, 07:30

Mayın 28-də səhər saatlarından başlayaraq... - əhalinin nəzərinə

Mayın 28-də səhər saatlarından başlayaraq... - əhalinin nəzərinə

Maqnit qasırğası yaxın günlərdə Yer kürəsini yenidən əhatə edəcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Günəş-Yer Fizikası institutlarının Günəş astronomiyası laboratoriyasının rəsmi saytında məlumat verilib.

Proqnoza görə, mayın 28-də səhər saatlarından başlayaraq, günortaya qədər nisbətən güclü G1 səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Axşama doğru maqnitosfer normallaşacaq.

Qasırğa nisbətən zəif olsa da, bəzi meteohəssas insanlar təzyiq dəyişiklikləri, baş ağrısı və ümumi narahatlıq hiss edə bilərlər. Həkimlər belə vaxtlarda ağır fiziki işlərdən uzaq durmağı və təmiz havada yüngül gəzintilər etməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 149 179 184 195 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.