"Optimus" robotlarının əsas çatışmazlığı açıqlandı
"Tesla"nın ilk humanoid robotlarının əsas çatışmazlığı sürət çatışmazlığıdır.
Loading.Az-ın məlumatına görə, bu barədə "Optimus" layihəsinin yaradıcısı, mühəndis Kris Uolti "Business Insider" nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, "Optimus" robotları İlon Maskın arzuladığı kimi istehsalat sahəsində effektiv ola bilməzlər:
"Sənayedə görülən işlərin əksəriyyəti təkrar olunan proseslərdən ibarətdir və burada sürət həlledici rol oynayır", - deyə Uolti bildirib.







