cabir

cabir Xəbərlər 29-05-2025, 18:20

Liseylərə qəbulla bağlı qadağa aradan qaldırıldı

Liseylərə qəbulla bağlı qadağa aradan qaldırıldı

Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.        Sun.Az          

xəbər verir ki, Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.        

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar açıqlanandan sonra valideynlərin narazılığına səbəb olmuşdu. Onlar övladlarının bir ildir imtahana hazırlaşdığını, il ərzində ayda bir neçə dəfə sınaqlarda iştirak etdiklərini, verilən qərarın həm maddi, həm vaxt itkisinə səbəb olduğunu bildirirdilər.

    

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 155 150 145 159 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.