ice berg

ice berg Şeirlər 3-06-2025, 22:00

Nə fayda?

Nə fayda?

Gözlərin uzaqlara çox baxacaqsa,

Qoynunda boşluqlar uyuyacaqsa,

Hələ bu sevgin də dərd olacaqsa,

_Qəlbini kül edib sevsən, nə fayda?_

 

Səni ovudacaq sözlər yoxdursa,

Baş qoyub yatmağa dizlər yoxdursa,

Səni anlayacaq ürək kordursa,

_Ömrünü şam edib yansan, nə fayda?_

 

Xoş günlər yanından ötüb keçibsə,

Ruhun da əlindən cana gəlibsə,

Səni “sən” edənlər çoxdan gedibsə,

_Bir quru bədənlə qalsan, nə fayda?_

 

— Şamil Ənvəroğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 239 242 236 234 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.