AzizA

AzizA İdman 5-06-2025, 12:30

“Milan”dan gedir, “Mançester Siti”yə keçəcək

“Milan”dan gedir, “Mançester Siti”yə keçəcək

Yarımmüdafiəçi Ticani Reyncers "Milan"ı tərk edəcək - hollandiyalı "Mançester Siti"yə keçməyə yaxındır.

X şəbəkəsində insayder Fabrisio Romanonun xəbərinə görə, ingilis klubu italyanlarla transferin şərtlərini artıq razılaşdırıb.

Klubların şifahi razılığa gəldiyi və potensial transferin məbləğinin təxminən 70 milyon avro olacağı qeyd edilir. Reyncers özü də əvvəllər “vətəndaşlar”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 54 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Xatırladaq ki, iki il əvvəl “Milan” onu “AZ Alkmaar”dan 20,5 milyon avroya alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 163 181 202 174 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.