ice berg

ice berg Şeirlər 12-06-2025, 23:00

Deyirsən ki unutmaram? Görək də..

Deyirsən ki unutmaram? Görək də..

Yaşa dönüb gözlərimnən süzülmə
Mənnən ötrü narahatsan?
Üzülmə..

Keçdi daha, bax, soyudu ürək də
Deyirsən ki unutmaram?
Görək də..

Özün kimi gedişin də, çox sadə
Geri dönmək fikrindəsən?
Nə badə..

Sağalıbdı ürəyimin sən yeri
Mənə tərəf yol almısan?
Dön geri..

Bulud varsa yağmalıdı yağış da
Bu yağışda tək qalmısan?
Bağışla..

Gəlibdi ağlın başına sonunda
Mənsiz yaşaya bilmirsən?
Öl onda...💐

#XalidVəli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 269 259 301 320 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.