ice berg

ice berg Məsləhətlər 15-06-2025, 11:00

Gündə nə qədər meyvə yemək lazımdır? - Dəqiq miqdar AÇIQLANDI

Gündə nə qədər meyvə yemək lazımdır? - Dəqiq miqdar AÇIQLANDI

Meyvələrin gündəlik qəbulu xroniki xəstəliklərin riskini azaldır, qocalma prosesini ləngidir, dəri və immun sisteminin sağlamlığını qoruyur.

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, böyüklər üçün optimal sayılan gündəlik meyvə miqdarı açıqlanıb.

 

Niyə hər gün meyvə yemək lazımdır?


Araşdırmalar göstərir ki, meyvələr, tərəvəzlər, tam taxıl məhsulları və az yağlı zülalla zəngin balanslaşdırılmış qidalanma ömrü uzatmaq üçün ən effektiv üsullardan biridir. Lakin sağlamlıq üçün lazım olan qida maddələrinin kifayət qədər qəbul edilməsi üçün hər qida qrupundan nə qədər yemək lazım olduğunu müəyyənləşdirmək bəzən çətin olur.

 

Məsələn, lif xroniki xəstəliklərin qarşısını almaq üçün vacibdir, zülal isə əzələ kütləsinin və funksiyasının qorunmasında mühüm rol oynayır. Çünki yaş artdıqca əzələ kütləsi azalır. Bundan əlavə, antioksidantlar kimi mikroelementlər hüceyrələri zədələrdən qoruyur, bu cür zədələnmələr isə xərçəng və digər xəstəliklərə səbəb ola bilər.

 

 

Yaş artdıqca bu xəstəliklərin riski də artır. Bunlar gündəlik qəbul etməyə çalışmalı olduğumuz qida maddələrinin yalnız bir hissəsidir. Sevindirici haldır ki, meyvə qəbulu orqanizmə bir çox vacib vitamin və mineralları təmin edir.

 

Gündəlik miqdar

 

Dietoloq Haydi Silverin sözlərinə görə, sağlam qocalma üçün gündə azı 2 meyvə yemək lazımdır. Meyvələrdə bir çox mikroelementlər mövcuddur ki, onları digər qida qruplarından əldə etmək çətindir. Tədqiqatlar göstərib ki, yüksək lif və sağlam karbohidratlarla zəngin qidalanan qadınlar orta və yaşlı dövrdə fiziki və əqli cəhətdən daha sağlam olurlar.

 

Sağlam qocalma ilə əlaqələndirilən yüksək keyfiyyətli karbohidratlara tam taxıl məhsulları, meyvələr, tərəvəzlər və paxlalılar daxildir. Bu, onların liflə zəngin olması ilə bağlıdır. Lif qanda şəkərin səviyyəsini stabil saxlayır və uzun müddət toxluq hissi yaradır. Dietoloq Samanta Kassettinin fikrincə, ən faydalı meyvələrə aşağıdakılar daxildir:

 

göyəm (qaragilə),

 

avokado,

 

xurma,

 

qarpız,

 

kivi.

 

Rasionunuza daha çox meyvə əlavə etmək üçün dondurulmuş meyvələr alıb smuzilərə əlavə edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 207 173 150 159 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.