HASANLY

HASANLY Xəbərlər 18-06-2025, 13:51

QDİƏT PA nümayəndələri Qarabağa səfər edəcəklər

QDİƏT PA nümayəndələri Qarabağa səfər edəcəklər

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri Qarabağa səfər edəcəklər".

Loading.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın plenar iclasında çıxışında deyib.

Spiker bildirib ki, nümayəndələr Qarabağa səfər çərçivəsində Ermənistanın işğal dövründə dağıtdığı ərazilər və bu ərazilərin indi necə bərpa olunduğuna şahid olacaqlar:

"Bu bərpa və quruculuq işləri qarşımızda yeni imkanlar açır. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. İnanıram ki, QDİƏT PA-nın 65-ci sessiyası əməkdaşlığımıza yeni töhfələr verəcək, ölkələrimiz arasında güclü əlaqələr yaradacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 167 188 135 140 150

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.