HASANLY

HASANLY Xəbərlər 21-06-2025, 13:50

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir

Milli Məclis "Qiymətli kağızlar bazarı haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Loading.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, investisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir.

Mövcud qanunvericiliyə əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilməyəcək. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu qanunda göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 149 131 138 163 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.