ice berg

ice berg Avto Dünya 29-06-2025, 13:00

Səhmdarlar "Nissan" rəhbərliyini pis nəticələrə görə tənqid edir

Səhmdarlar "Nissan" rəhbərliyini pis nəticələrə görə tənqid edir

Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor"un dünənki illik toplantısında səhmdarlar şirkət rəhbərliyini zəif fəaliyyətə görə sərt şəkildə tənqid ediblər. 

 

Loading.aZ xəbər verir ki, üç saat ərzində iclas iştirakçıları kütləvi ixtisarlar və zavodların bağlanmasından narazılıqlarını bildiriblər.

 

Aprel ayında şirkət 20 min iş yerinin ixtisar edildiyini və 17 zavoddan 7-nin bağlandığını elan edib. Bu çətin qərarlar 671 milyard yapon yeni (4,6 milyard dollar) xalis itki ilə başa çatan əvvəlki ilin böhranından sonra qəbul olunub.

 

Bundan əlavə, şirkətin maliyyə vəziyyəti qeyri-sabit olaraq qalır: "Nissan"ın borcu gələn il ödənilməli olan təxminən 800 milyard yen (5,4 milyard dollar) təşkil edir. Keçən qış "Nissan" "Honda" ilə birləşmək barədə danışıqlar aparırdı. Şirkətlər müştərək holdinq yaratmaq üçün ilkin müqavilə imzalamışdı, lakin tezliklə planlar dəyişib. Səbəb "Honda"nın "Nissan"ı öz strukturuna yalnız baş şirkət tərəfindən tam nəzarət edilən törəmə şirkət kimi daxil etmək təklifi olub.

 

Şirkət rəhbərliyi səhmdarların narazılığını nəzərə alacağını bildirərək, artıq şirkəti böhrandan çıxarmağa çalışdığını qeyd edib. Şirkətin rəhbəri İvan Espinosa səhmdarlara "Biz sizin narazılığınızı başa düşürük. Lakin mən əminəm ki, bizdə şirkəti yenidən qurmaq üçün lazım olan hər şey var", deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 169 164 196 145 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.