ice berg

ice berg Sağlamlıq 1-07-2025, 21:00

Şəkərin müntəzəm istehlakı xərçəng yaradır

Şəkərin müntəzəm istehlakı xərçəng yaradır

Kardioloq Aurelio Rojas insanların gündəlik həyatında tez-tez istifadə etdiyi və sağlamlıq üçün ciddi təhlükə yaradan məhsullar barədə xəbərdarlıq edib.

 

Loading.aZ xəbər verir ki, bu barədə o jurnalistlərə müsahibəsində məlumat verib.

 

“Çoxsaylı elmi araşdırmalara əsasən, şəkər və təmizlənmiş (rafine) unun müntəzəm istehlakı xərçəng xəstəliklərinin artması ilə birbaşa əlaqələndirilir”, - deyə Rojas bildirib.

 

Həkimin sözlərinə görə, bu məhsullar təkcə onkoloji riskləri artırmır, eyni zamanda ürək-damar sistemi xəstəlikləri, piylənmə və şəkərli diabetin inkişafına da şərait yaradır.

 

Əsasən yüksək dərəcədə emal olunmuş qidalarda rast gəlinən şəkər və rafine un qanda qlükozanın səviyyəsini kəskin şəkildə yüksəldir. Bu zaman mədəaltı vəzi insulin ifraz edərək cavab verir.

 

Rojas qeyd edir ki, bu proses uzun müddət davam edərsə, metabolik sistemdə ciddi pozulmalar baş verir və orqanizm zəifləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 143 190 210 186 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.