ice berg

ice berg Avto Dünya 5-07-2025, 15:00

"Rus avtomobilləri müasir modellərin gerisində qalır" - AÇIQLAMA

"Rus avtomobilləri müasir modellərin gerisində qalır" - AÇIQLAMA

"Bu gün Rusiya istehsalı olan avtomobillər dünya bazarı ilə rəqabətə girə bilmir". 

 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov açıqlamasında deyib. 

 

O bildirib ki, rəqabətə davamlı rus avtomobilləri dedikdə yalnız Sovet illərini nəzərdə tuta bilərik:

 

"Belə ki, Rusiyada 1991-ci ilə qədər istehsal olunan avtomobillər çox sayda ölkəyə satılırdı. Yəni həmin dönəmin modellərinə maraq var idi. Lakin SSRİ dağılandan sonra Rusiya bu sahəni inkişaf etdirə bilmədi. Bu gün rus avtomobilləri dünya bazarına çıxa bilmir".

 

Ekspert qeyd edib ki, rus avtomobilləri dünya modellərindən çox geri qalır:

 

"Son illərdə dünya avtomobil bazarı olduqca inkişaf edib. Bu sahədə inanılmaz dərəcə böyük sıçrayış yaşanıb. Xüsusilə elektrikli və hibrid avtomobillərə maraq olduqca böyükdür. 

 

Üstəlik, müasir modellər ən son texnologiyalarla təchiz olunur. Hətta sürücüsü olmadan belə hərəkət edən nəqliyyat vasitələri istehsal olunub. Rus maşınları isə bu standartlara cavab vermir".

 

Mütəxəssis diqqətə çatdırıb ki, son illərdə dünyada Cənubi Koreya, Yaponiya və Çin avtomobilləri daha çox satılır:

"Onlarla yanaşı, Avropa və ABŞ modellərinə də tələbat var. Belə bir vəziyyətdə rus avtomobillərinin onlarla rəqabətə girməsi mümkün deyil. Üstəlik, Rusiyaya tətbiq olunan ağır sanksiyalar da buna imkan vermir. Ona görə də rus avtomobilləri zamanla ayaqlaşa bilmir. Onların yaxın gələcəkdə də inkişaf edəcəyi gözlənilmir. Hətta MDB məkanında belə alıcılar rus avtomobillərinə yönəlmirlər".

 

Aslan Əsədov onu da diqqətə çatdırıb ki, müasir avtomobillərin ən böyük üstünlüklərindən biri də rentabelli olmalarıdır:

 

"Rus avtomobillərindən fərqli olaraq müasir maşınlar çox komfortlu və rentabellidir. Üstəlik, onların qiymətləri də münasibdir. Yəni aşağı büdcə ilə müasir standartlara cavab verən avtomobil almaq olur. Üstəlik, onlar yanacaq cəhətdən də sərf edir. 

 

Bundan başqa, Rusiya kənd təsərrüfatında istifadə olunan nəqliyyat vasitələrində də dünyanın gerisində qalır. Rus texnikaları onlarla faydalı iş əmsalında rəqabətə girə bilmir. Bütün bunlar isə öz rus nəqliyyat bazarına marağın azalmasına gətirib çıxarır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 204 153 185 159 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.