ice berg

ice berg Hekayələr 12-07-2025, 22:00

Əmin Hacılı. Böyük böyük babamın adı nədir?

Əmin Hacılı. Böyük böyük babamın adı nədir?

(minimalist hekayə)

 

Kərəm köynəyinin döşündəki barmaq izinə oxşar quşun ipini çəkməkdən çəkindiyi üçün bir həftə öncə divanın altına düşən çaxmağı yadına salıb, şalvarının ağı partlamasın deyə donbalmazdan əyilib götürdü. Aynadakı ləkələrin arasından sağ qaşının tacındakı sınığın sol qaşında olmasından şübhələnən Səfər Çaqqalın yadına öz adı düşdü sonra ardınca atasının adı, böyük atasının adı, sonra “Anam ölmədən, ondan böyük böyük babamın adını soruşmalıyam” fikri ağlının ucuna gəlib, yerini “Görəsən çaqqallar neçə il yaşayarlar?” fikrinə verdi.

 

Aynaya hoflayıb dondu. Köynəyinin iç qatı ilə ləkələri silməyə başladı. Pillələri çıxan qadın başmaqlarının səsi qapının dalında susduğu an Səfər Çaqqal köynəyini tərsə geyindiyini anladı.

 

“Zibilləri zibilqabından çıxardıb sizə ilin ən mundar zibil ödülünü verməliyəm!” fikri ilə qapını açıb eşiyə çıxdı. Pillə yolunda ayaqyalın oturan qadının yanında durub, zibillərdən tökülən tıncıxmış suyun ritmi ilə “Böyük babamın adı nədir?” deyə soruşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 240 265 245 237 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.