AzizA

AzizA Xəbərlər 7-07-2025, 07:30

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

İsrail Hərbi Hava Qüvvələri Yəmənin müxtəlif bölgələrinə hava zərbələri endirib.

Əməliyyat nəticəsində ümumilikdə 60-dan çox sursatdan istifadə olunub.

Aviazərbələr əsasən Əl-Hudeydə, Ras-İssa və Salif limanlarına, Ras əl-Xatib elektrik stansiyasına, eləcə də "Galaxy Leader" yük gəmisinə yönəlib.

Zərbələrdən sonra husilərin nəzarətində olan ərazilərdə təxliyə elan edilib.

Husilərin nümayəndəsi bildirib ki, Yəmən Hərbi Hava Qüvvələri İsrailin təxribatçı hücumlarına qarşı cavab verir.

İsrail tərəfi əməliyyata “Qara Bayraq” adı verildiyini açıqlayıb və hücumların davam edəcəyini istisna etməyib.

Rəsmi Təl-Əvivin bəyanatına görə, hücumlar husilərin son hərəkətlərinə cavab olaraq həyata keçirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 184 167 175 190 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.