HASANLY

HASANLY İdman 10-07-2025, 12:20

"Real Madrid" mövsümü klub tarixinin antirekordu ilə başa vurdu

"Real Madrid" mövsümü klub tarixinin antirekordu ilə başa vurdu

"Real Madrid" klublararası dünya çempionatının yarımfinalında qapısında dörd top görməklə bir mövsümdə buraxılan qollara görə klubun antirekordunu təkrarlayıb.

Loading.Az xəbər verir ki, "Kral klubu" 2024/25 mövsümündə ümumilikdə bütün turnirlərdə 84 dəfə məyus olub. Madrid təmsilçisi sonuncu dəfə 1998/99 mövsümündə bu qədər qol buraxıb.

Həmçinin "Real Madrid" 2024/25 mövsümündə beş matçda ən azı dörd qol buraxıb ki, bu da son 25 ilin ən pis göstəricisidir.

Qeyd edək ki, yarımfinalda İspaniya klubunu böyük hesabla məğlub edən PSJ klublararası dünya çempionatının finalında "Çelsi" ilə qarşılaşacaq. Qarşılaşma bazar günü, iyulun 13-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
156 198 167 198 168 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.