HASANLY

HASANLY Xəbərlər 20-07-2025, 14:57

ABŞ-nin Kənd Təsərrüfatı Departamenti onlarla əcnəbi əməkdaşı işdən çıxarıb

ABŞ-nin Kənd Təsərrüfatı Departamenti onlarla əcnəbi əməkdaşı işdən çıxarıb

ABŞ-nin Kənd Təsərrüfatı Departamenti ölkəyə tədarüklərin təhlükəsizliyini təmin etmək zərurəti ilə əlaqədar öz ölkələrindən işləyən 70 əcnəbi mütəxəssisi işdən çıxarıb.

Loading.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kənd Təsərrüfatı Departamentinin nümayəndəsinə istinadən xəbər verir.

Bildirilir ki, Rusiya, Çin, Şimali Koreya və İrandan olan əməkdaşlar işdən çıxarılıb.

"ABŞ Kənd Təsərrüfatı Departamenti qurumla müqavilələr üzrə işləmək səlahiyyətinə malik şəxsləri hərtərəfli yoxlayıb və narahatlıq doğuran ölkələrdən təxminən 70 nəfəri müəyyən edib", - deyə departamentin nümayəndəsi agentliyə bildirib.

O, işdən çıxarılan işçilərin bir daha Kənd Təsərrüfatı Departamentinin layihələrinə qayıda bilməyəcəklərini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 184 148 158 170 153

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.