Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək.
- loading.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
- Bildirilib ki, Binəqədi rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar iyulun 30-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
- Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, eləcə də 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Sabirabadın doqquz kəndinin qaz təchizatında fasilə yaranacaq.
- loading.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
- Bildirilib ki, diametri 315 və 160 mm olan "Ulacalı-Suqovuşan" ortatəzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar 30.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.






