AzizA

AzizA Texnologiya 1-08-2025, 22:30

"İphone 17"nin qiyməti çox baha olacaq: SİYAHI

"İphone 17"nin qiyməti çox baha  olacaq: SİYAHI

Apple iPhone 17 modellərinin qiymətini artıracaq – səbəblər açıqlanıb

Amerikanın texnologiya nəhəngi Apple, yeni nəsil iPhone 17 modellərinin qiymətini artırmağa hazırlaşır.

Jefferies analitik şirkətinin nümayəndəsi Edisson Li bildirib ki, 2024-cü il modelləri ilə müqayisədə ən azı iki iPhone 17 modeli 50 dollar baha olacaq. Yeni qiymətlər aşağıdakı kimi gözlənilir:

iPhone 17 Pro – 1049 dollar, təxminən 1784 manat;

iPhone 17 Pro Max – 1249 dollar, təxminən 2124 manat;

iPhone 17 Air – qiyməti hələlik açıqlanmayıb;

iPhone 17– əvvəlki kimi 799 dollar, yəni 1359 manat.

Analitik Edisson Li vurğulayıb ki, Apple şirkəti istehsalat xərclərindəki artımı birbaşa istehlakçının üzərinə yönəldəcək.

Onun fikrincə, komponentlərin bahalaşması və idxal rüsumlarının artması səbəbindən şirkət əlavə yükü özü daşımaq əvəzinə, qiymət siyasətində dəyişiklik etməyi üstün tutur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 233 272 261 155 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.