HASANLY

HASANLY Xəbərlər 1-09-2025, 12:28

Gümüşün qiyməti 2011-ci ilin sentyabr ayından bəri maksimuma yüksəlib

Gümüşün qiyməti 2011-ci ilin sentyabr ayından bəri maksimuma yüksəlib

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə gümüş füçerslərinin qiyməti 2011-ci il sentyabrın 14-dən bəri ilk dəfə olaraq 40 dolları ötüb.

Loading.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 5:50-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir trua unsiyası üçün 41.01 dollar (+ 0.64%) təşkil edib, ötən gecə isə maksimum həddə bir trua unsiyası üçün 41.48 dollara (+ 1.79%) yüksəlib.

Bakı vaxtı ilə saat 8:50-də gümüşün qiyməti artımını sürətləndirərək bir trua unsiyası üçün 41.37 dollar (+ 1.52%) təşkil edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 174 200 146 164 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.