HASANLY

HASANLY İdman 2-09-2025, 22:56

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə qrup oyunu üçün təyinatlar açıqlanıb.

Loading.Az xəbər verir ki, sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq qarşılaşma Kiprdən olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Konstantinos Fellasa yan xətlərdə Pavlos Georgiu və Giorgios Xaralampus, eləcə də Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.

Serbiyalı Deyan Filipoviç hakim-inspektor, ingiltərəli İan Atkins UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Cidade de Barcelos" stadionunda keçiriləcək B qrupunun oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 175 179 219 217 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.