ice berg

ice berg Müxtəlif 4-09-2025, 17:42

Bəzən ruhunda xəfif ürpərti hiss edirsən

Bəzən ruhunda xəfif ürpərti hiss edirsən

 

*❤️📚🌹Bəzən ruhunda xəfif ürpərti hiss edirsən. Sanki meh bütün bədənini bürüyüb öz ağuşuna alır. Zehnin səni yaşadığın və ya heç görmədiyin, kimdənsə bəh-bəhlə, fərəh dolu ifadələrlə eşitdiyin xəyali bir zamana aparır. Bütün varlığınla o zaman və məkan üçün darıxırsan, düşüncələrin o ana köklənərək həmin anları gerçəkmiş kimi yaşatmağa çalışır. Darıxdıqca xəyali zaman və məkanda xoşbəxt olursan. Anidən oyanırsan, gerçək zamana qayıdırsan və xoşbəxtliyinin, üzündəki gülümsəmələrin yerini dərin təəssüf və şiddətli kədər hissi alır. Bu hiss sənə ən təsirli misraları yazdırır, şair edir; tərənnüm dolu uzun cümlələr qurdurur, yazıçı edir; fırça tutan əllərini səndən xəbərsiz kətana çırpır, rəssam edir; gözlərin bağlı halda notlara toxundurur, bəstəkar edir. Bu hiss sənə həm sevinc, həm də kədəri yaşadır.

 

*🌹❤️Müəllif: Xəyal Məmmədov ("Xəyal qırıqlığı" adlı kitabdan).*

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 250 212 205 191 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.