AzizA

AzizA Sağlamlıq 5-09-2025, 11:30

Kişilər və qadınlar üçün ən təhlükəli yaş

Kişilər və qadınlar üçün ən təhlükəli yaş

ABŞ və Finlandiya alimlərinin apardığı araşdırma insanların hansı yaş dövründən etibarən ürək-damar xəstəlikləri riski ilə üzləşdiyini ortaya çıxarıb.

Mütəxəssislərin sözlərinə görə, qadınlarda kritik mərhələ 30 yaşdan, kişilərdə isə 40 yaşdan başlayır.

Bu, yalnız hormonal dəyişikliklərlə deyil, həm də həyat tərzi, stress və qidalanma ilə bağlıdır. Həkimlər xəbərdarlıq edirlər ki, təngnəfəslik, xroniki yorğunluq, baş ağrıları, ödem və ürək ritmində pozuntular kimi əlamətlərə biganə yanaşmaq ciddi fəsadlara səbəb ola bilər.

Riskləri artıran amillər arasında siqaret, alkoqol, hərəkətsiz həyat və çox yağlı-duzlu qidalanma göstərilir.

Profilaktika üçün isə gündə 7–10 min addım atmaq, tərəvəz, meyvə, balıq və dənli məhsullara üstünlük vermək, qan təzyiqi, şəkər və xolesterini müntəzəm yoxlatmaq tövsiyə olunur. Artıq çəki və yuxusuzluq da ürək-damar sisteminə ciddi zərər verir.

Həkimlərin fikrincə, insan “təhlükəli yaş”a çatsa belə, sağlam həyat tərzi sayəsində riskləri xeyli azalda bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 195 141 215 176 153

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.