weher uwagi

weher uwagi Maraqlı 9-09-2025, 15:00

Təbiətin yaratdığı 10 optik illüziya

Təbiətin yaratdığı 10 optik illüziya

Bilirsinizmi, təbiət insan beynini asanlıqla çaşdıra bilər?

Planetimizdə beynimizin qəbul etmə və zəngin təsəvvür etmə xüsusiyyətləri sayəsində əksər optik illüziyalar fantastika filmi üçün illüstrasiya kimi qəbul edilir.

Gəlin, bunun nə olduğunu araşdıraq...

Vizual illüziya kimi də adlanan optik illüziya, şəklin obyektiv reallıqdan fərqlənərək qəbul edilməsidir. Optik illüziyanın üç müxtəlif növü var:

1. Şəklin real obyektdən fərqlənməklə qəbul edilməsini yaradan optik illüziyalar;

2. Müxtəlif növ həddindən artıq stimullaşdırmanın gözlərə və beyinə təsir etdiyi fizioloji illüziyalar;

3. Nəticələrdən yaranan koqnitiv illüziyalar (lat. “cognitio” – dərk etmə, anlama, öyrənmə mənasını verir).

Biz, təbiətin yaratdığı optik aldatmanın ən unikal nümunələrini sizin üçün toplamağa çalışdıq. Uşaqlıqdan bizə tanış gələn qütb işığı optik illüziyasından başlayaq. Professional ədəbiyyatda Aurora Australis (Aurora sözü Roma şəfəq tanrısının adından gəlir) kimi adlanan qütb işıqları, şimal işıqları – səmada akvarelə bənzər heyrətamiz dərəcədə gözəl parıltıdır. Bu hadisə Yerin maqnit sahəsinin Günəşdən gələn parçacıqlarla qarşılıqlı təsirindən (Yer səthindən 80-640 km yüksəkliklərdə) meydana gəlir.

Təbiətin yaratdığı 10 optik illüziya

Qütb işıqları əsasən hər iki yarımkürənin yüksək enliklərində müşahidə olunur. Belə ki, Yeni Zelandiya adasında işıqlanma müntəzəm şəkildə baş verir, yerli sakinlər onu hətta “Yanan göylər” adlandırıb. Şübhəsiz ki, bu təbiət hadisəsini görməkdən ötrü Norveç, İslandiya və Finlandiyaya getmək şərt deyil. RF-nın ərazisində qütb işıqları Murmansk və Arxangelsk vilayətlərində, Komi Respublikasında, Kareliyada, Xibin dağlarında, Taymır yarımadasında, Yakutiyada və Yamal yarımadasında var.

Digər eyni dərəcədə maraqlı illüziya Halodur.

Halo – bir qayda olaraq dairə, üzük, qövs, işıq dirəyi və ya “almaz tozu” şəklində olan işıq mənbəsinin ətrafında yaranan ikinci işıqlanmanın xarakterizə olunduğu optik hadisələrin atmosfer qrupudur. Halodan əlavə, hadisə səmada üç günəş illüziyasına səbəb ola bilər. Gördüklərimiz heyrətləndirir.

Dəniz sahilində gözəlliyi və parlaqlığı ilə qarşısıalınmaz başqa bir optik hadisəni – “Yaşıl şüa”nı görə bilərsiniz. Günəşin üfüqdən batan sonuncu şüası spektrə ayrılmaqla spektrin bütün çalarlarından keçərək işıq şousunu parlaq zümrüd rəngli bir şüa ilə tamamlayaraq rəngli şüaların “yelpiyini” təşkil edir.

Təəccüblüdür ki, bəzi illüziyalar bizi qorxuda bilər, məsələn, “Brokken kabusu” illüziyası. Bu illüziya buludlar və duman üzərində bir kölgədir. Bulud təbəqəsinin hərəkət etməsinə görə ruh çox böyük görünə, tərpənə və hərəkət edə bilər. Buludlarda olan bərabər ölçülü su damcıları günəş işığını sındırıb yaydıqda xəyalın başı tez-tez rəngli bir halo ilə əhatə olunur.

“Brokken kabusu” öz şöhrətini Almaniyanın şimalındakı Harz dağlarında yerləşən eyni adlı «Brocken» zirvəsi (1141 m) sayəsində qazanmışdır, burada daimi duman və aşağı hündürlüklərin əlçatanlığı onu xüsusilə tez-tez müşahidə etməyə imkan verir.

Başqa bir pis illüziya İngilis əfsanələrindəki Artur dövrünə aid sehrbazın – Morqana Pərisinın (Kral Arturun, əfsanələrdə tez-tez dairəvi masanın sərkədələrinə qarşı edamlar düzəldərək ona rəqib olan əkiz bacısı) şərəfinə adlandırılıb. Fata Morgana – uzaq obyektlərin dəfələrlə və müxtəlif cür təhriflərlə göründüyü bir neçə ilğım formalarından ibarət atmosferdə nadir hallarda qarşıya çıxan mürəkkəb optik hadisədir. Uçan holland, kabus gəmisi haqqında əfsanənin meydana gəlməsi, bir nəzəriyyəyə görə Fata Morqanaya borcludur.

Alovlu şəlalə – ilin müəyyən bir vaxtında görə biləcəyimiz illüziyadır. Bu sadəcə sudur, lakin hər il təxminən fevralın ikinci həftəsində batan günəş suya parlaq narıncı və qırmızı rəng bəxş etməklə alovlu lavanın püskürməsi təəssüratını yaradaraq xüsusi bir bucaq altında düşür.

Mavrikiyada sualtı şəlalə. Bu illüziya sahil boyunca qum yataqları tərəfindən yaranır. Sahilə yuxarıdan baxsaq, sanki suyun altındakı buzlaqda böyük yarığın olması və sualtı şəlalə əmələ gətirərək oraya suyun axması təəssüratı yaranır.

İspaniyanın cənub-qərbində (Andalusia əyalətində) yerləşən Qırmızı çay, Rio Tinto. Çayın suyu metallarla zəngin olduğu üçün çayın adi bir fotoşəkli adamı alovlu axın gördüyünə dair düşüncəyə sövq edərək, insan gözünü aldadır.

Arizonanın donmuş dalğaları və ya sıldırım, aşınmış Vermilion qayaları. Bu unikal mənzərəni ABŞ-nin Arizona və Yuta ştatları sərhəddində görmək olar. Donmuş qaya dalğaları milyonlarla il ərzində külək və yağış nəticəsində əmələ gəlmişdir. Unikal mənzərə dağların qeyri-bərabər hava şəraitinə məruz qalmasından yaranıb. Qayaların kövrəkliyinə görə məkanı ziyarət etmək gündə cəmi 20 nəfərlə məhdudlaşır.

Magnetic Hill – Nyu-Bransuik adlı Kanada əyalətinin Monkton şəhərinin cənub-qərbində yerləşən qravitasion təpədir. Sirli təpə mənzərənin optik illüziya yaratdığı yerdir və aşağıya doğru kiçik maillilik iti yamac kimi görünür. Belə ki, park vəziyyətində olan avtomobil ağırlıq qüvvəsinə qarşı aşağıya şığıyan kimi görünəcək, sanki onu güclü bir maqnit aşağı çəkir. Yerli hökumət bu optik illüziyanı yumor kimi qarşılayırlar, yamac yaxınlığında böyük maqnitin işarəsini də quraşdırıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 199 206 197 226 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.