ice berg

ice berg Sağlamlıq 11-09-2025, 09:00

Çobanyastığı yuxunu yaxşılaşdırır

Çobanyastığı yuxunu yaxşılaşdırır


Çobanyastığı təbii yüngül sakitləşdirici vasitədir və yuxunu yaxşılaşdırmağa kömək edir.

 

Loading.aZ xəbər verir ki, bu barədə dietoloq Bet Çervoni Daily Mirror-a danışıb.

 

Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl içilən bir fincan çobanyastığı çayı yuxusuzluqdan qurtulmağın sadə yoludur. Bitkinin tərkibində sinir sistemini sakitləşdirən və gərginliyi azaldan apigenin adlı maddə mövcuddur.

 

Dietoloq əlavə edib ki, çobanyastığı güclü terapevtik təsirə malikdir və bir çox xəstəliklərin profilaktikasında faydalıdır. Onun sözlərinə görə, bu bitki flavonoidlər, terpenoidlər və kumarinlər ilə zəngindir. Bu maddələr qan təzyiqinə nəzarət etməyə, qaraciyəri qorumağa, həmçinin iltihabəleyhinə və antioksidant təsir göstərməyə kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 144 182 185 133 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.