ice berg

ice berg Sağlamlıq 11-09-2025, 13:00

Sirkənin sağlamlığa təsiri

Sirkənin sağlamlığa təsiri

Xarici alimlərin apardığı araşdırmaya görə, sirkənin müntəzəm istifadəsi sağlamlıq üçün bir sıra faydalar təmin edə bilər.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, xüsusilə alma sirkəsi orqanizmdə maddələr mübadiləsini sürətləndirir, qanda şəkərin tənzimlənməsinə kömək edir və arıqlama prosesini dəstəkləyir.

 

Mütəxəssislərin sözlərinə görə, sirkə yeməklərlə qəbul olunduqda toxluq hissini artırır və bu da həddindən artıq qida qəbulunun qarşısını alır. Bundan əlavə, sirkənin antibakterial xüsusiyyətləri var, bu səbəbdən bağırsaq florasının qorunmasına və həzm sisteminin yaxşılaşmasına müsbət təsir göstərir.

 

Araşdırmada həmçinin qeyd olunur ki, sirkə ürək-damar sağlamlığı üçün də faydalı ola bilər. Onun tərkibindəki antioksidantlar xolesterinin balanslaşdırılmasına və damarların qorunmasına kömək edir.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, sirkədən fayda görmək üçün onu həddindən artıq miqdarda deyil, ölçülü şəkildə istifadə etmək lazımdır. Çünki çox miqdarda sirkə qəbul edilməsi mədə turşuluğunu artıraraq mənfi nəticələr yarada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 208 200 163 173 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.