15 yaşlı məktəbli sosial mediada tanış olduğu oğlan tərəfindən qətlə yetirildi
Rusiyanın Sankt-Peterburq şəhərində 15 yaşlı məktəbli qız sosial mediada tanış olduğu oğlan tərəfindən qətlə yetirilib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə yeni tanış olan sevgililər arasında mübahisə zamanı baş verib.
Qız 35 bıçaq zərbəsi alıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.






