AzizA

AzizA Maraqlı 19-09-2025, 14:30

Ən qədim tort tapıldı - 4200 yaşı var

Ən qədim tort tapıldı - 4200 yaşı var

Misirdə arxeoloqlar dünyanın ən qədim keki hesab edilən tapıntı aşkar ediblər. Onun yaşı 4200 ildən çoxdur. Keks yüksək rütbəli məmur Pepiankhanın məzarında tapılıb və “Ginnesin Rekordlar Kitabı”nın məlumatına görə, indiyə qədər məlum olan ən qədim şirniyyatdır.

Bu tort iki qatdan ibarətdir. Ehtimal ki, bal və küncütlə doldurulub. Onu qəbrə təsadüfən qoymayıblar. Misirlilər belə şirniyyatın, çörəklə birlikdə, ölən insanın cənnətə yəni “Qamışlar Sahəsinə” düşməsinə kömək etdiyinə və yeni həyatı simvolizə etdiyinə inanırdılar. O, Pepiankha üçün ölümündən sonra qida rolunu oynamaq məqsədilə yanında basdırılıb.

Tortun bu qədər möcüzəvi şəkildə qorunub saxlanması xüsusi bişirmə üsulu sayəsində mümkün olub. Xəmir iki mis formanın arasında bişirilir, bu formalar odda qızdırılır və sonra hermetik şəkildə bağlanırdı. Bu proses vakuum yaradır, bişmiş məmulatı xarab olmaqdan qoruyur və onun minilliklər boyu saxlanmasına imkan verirdi.

Bu unikal texnologiya bizə təkcə qədim misirlilərin qida vərdişlərini deyil, həm də onların inanclarını və texnoloji inkişaf səviyyəsini daha yaxşı anlamağa imkan verir. Beləliklə, bu tort sadəcə kulinariya tapıntısı deyil, keçmişə açılan əsl bir pəncərədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 199 234 190 191 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.