Mövsum dəyişikliyi zamanı hansı vitaminlər qəbul olunmalıdır?
Həkim Pərvanə Mustafayeva deyib ki, günəşin təsirinin azalması ilə maddələr mübadiləsinin işi bir qədər ləngiyir, nəticədə immunitet də zəifləyir:
“Bir çox insanlarda yorğunluq və depressiya halları müşahidə edilir. Bu səbəbdən də rasiona B 12 vitamini ilə zəngin qidaları daxil edilməlidir. İmmunitet sistemini gücləndirmək üçün zülal və kalsiumla zəngin qidalara üstünlük verilməlidir”.







