ice berg

ice berg Xəbərlər 29-09-2025, 16:00

Gəncə terrorunda zərərçəkən Bəxtiyar: Ən böyük arzum Prezidentlə görüşmək idi

Gəncə terrorunda zərərçəkən Bəxtiyar: Ən böyük arzum Prezidentlə görüşmək idi

"Evimizə raket düşəndə çox qorxmuşdum".

 

Loading.aZ xəbər verir ki, bu sözləri APA-ya 2020-ci ilin oktyabr ayında Gəncə şəhərini Ermənistan Silahlı Qüvvələrinin bombalaması nəticəsində zərərçəkən şəhər sakini 10 yaşlı Bəxtiyar Heydərli bildirib.

 

"Gördüm kamera gəlir, mən də gülümsəməyə başladım. Dayım dedi, yəqin sənə nəsə olub, ona görə gülümsəyirsən. Məndən anamın, atamın adını, evdəkilərin sayını soruşdular. Mən də hamısına düz cavab verdim. Dedim ki, mənə heç nə olmayıb”, – Bəxtiyar Heydərli vurğulayıb.

 

Bəxtiyar Heydərli bildirib ki, onun ən böyük arzusu Prezident İlham Əliyevlə görüşmək olub. Bu arzu ötən gün Gəncə şəhər stadionunda III MBD Oyunlarının açılışında gerçəkləşib: "Mənim ən böyük arzum cənab Prezidentlə qarşı-qarşıya gəlmək idi. Bu arzum dünən həyata keçdi. Cənab Prezident uşaqları çox sevir. Mən də Prezident babanı çox sevdim”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 184 176 180 187 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.