ice berg

ice berg Sağlamlıq 30-09-2025, 11:00

Dəmirlə zəngin bitki

Dəmirlə zəngin bitki

Kahı çox faydalı bir bitkidir. Kahını müxtəlif salatlarda istifadə olunur. 

 

Loading.aZ xəbər verir ki, kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. 

 

Kahının tərkibibində zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.

 

Kahıda zəngin C vitamini də vardır ki, C vitamini bizim ən çox vitaminə ehtiyacımız olan bir vitamindir, kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa-3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. 

 

Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.

 

Ən əsası kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 177 152 172 168 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.