cabir

cabir Xəbərlər 30-10-2025, 10:00

Qubaya 10 sm qar yağdı (VİDEO)

Qubaya 10 sm qar yağdı (VİDEO)

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən     Sun.Az          a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.      

Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir.

Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir.

Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Balakən, Göyçay, Beyləqan, İmişli, Zaqatala, Naftalan, Culfa, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə 2 mm-dək qeydə alınır.

Hazırda əksər yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 28, Goranboyda 27, Naftalanda 24, Tərtərdə 23, Şəki, Tovuz, Neftçala, Gəncədə 20, Culfa, Ağdam, Bərdədə 18, Zəngilan, Kəlbəcərdə 17, Qobustan, Şəmkirdə 16, Zərdabda 15 m/s-dək güclənir.

Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30-u axşamadək davam edəcəyi, 31-də hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.      


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 214 186 149 170 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.