Döymə qapısını qınaq olarsan .
Nahaqdan özünü aldatma bir də ,
Düşünmə sən mənə sınaq olarsan .
Bağlı ürəyimlə neynəyəcəksən ?
-Döymə qapısını qınaq olarsan .
Qaranquş kimidir ötəri hisslər ,
Havalar soyuyar uçub gedərsən .
Soyuq ürəyimdə hərarət olmaz ,
Başını götürüb qaçıb gedərsən .
Qalarsan yer ilə göy arasında ,
Bir sınıb sallanmış budaq olarsan .
Bağlı ürəyimlə neynəyəcəksən ?
- Döymə qapısını qınaq olarsan .
Qaralmış çırağam , dumanlı bir dağ ,
Məndən işıq düşməz yoluna , çıx get .
Mən də kövrəlirəm biraz sənin tək
-baxdıqca bu məyyus halına , çıx get .
Heyifsən bir eşqə yamaq olarsan ,
Bağlı ürəyimlə neynəyəcəksən ?
- Döymə qapısını qınaq olarsan .
Vallah xeyir gəlməz sənə də məndən ,
Boranlı adamam , qışa düşərsən .
Dözməzsən bu qədər çətinliklərə ,
Gün gələr bunu da başa düşərsən .
Bəlkə boy atarsan , boyun görünməz,
Bir çiçək dibində alaq olarsan .
Bağlı ürəyimlə neynəyəcəksən ?
- Döymə qapısını qınaq olarsan .
Ürəyin isinməz buz ürəyimdən ,
Qəlbimə qar yağır , Sibirə bənzər .
Qaranlıq dünyamda sənə yer olmaz ,
Könlüm bir adamlıq qəbirə bənzər .
Ağlama , gözünün yaşına qurban ,
Bir gün qəbrim üstə qonaq olarsan ,
Bağlı ürəyimlə neynəyəcəksən ?
- Döymə qapısını qınaq olarsan ...
#Daşqın







