Boreç

Boreç özünü 😔 qəmli hiss edir. Hekayələr 29-12-2025, 22:30

Sən gedən gün

Sən gedən gün

Gecə yarısı küçəyə çıxdım. Tam xatırlamıram hansı ayın, neçəsi idi ama yay havasıydı sən gedəndə. Toy günü, bütün kənd toyda idi. Kəndə bir səsizlik çökmüşdü. Hamı şəhərə sənin toyuna getmişdi. Mən gedə bilmədim, səhətim yaxşı deyildi. Biraz düşüncəli, biraz üzgün, ümidləri qırılmış şəkildə gəzirdim küçədə. Biraz uzağlaşdım evdən. Yol kənarında gəzərək düşünürdüm səni. Birdən toydan qayıdanları gördüm. 7-8nəfər olardı danışıb gülə-gülə gəlirdilər. Mən qaranlığa çəkildim ki, görməsinlər məni. Sonra onların arasında əmimin səsini eşitdim. Çıxdım yola məni gördülər. Hamısı kefli idi. Aralarında mənimlə həmtay olanlarda vardı. Gülərək -Sən niyə getmədin toya? Səni çağırmamışdılar? Hamısı güldü. Məndə saxta gülüşlə onlara qoşuldum. Zarafata salıb yola verdim. Əmimlə ikimiz, əmimgilə tərəf yol aldıq. Əmimdən soruşdum:

+Necə keçdi toy? 

-yaxşı idi hər şey

+ O neynirdi məmnunmuydu? Xoşbəxt görsənirdi? 

Boynumu qucaqlayaraq -Fikir eləmə qardaş oğlu hər şey yaxşı olar sən ondanda yaxşısına layiqsən. 

+Mənə ondan başqası lazım deyildi əmi. 

Söhbəti dəyişdi. Artıq gəlib çatdıq onların evinə. Getdi evlərinə mən isə qaldım yenə tək. Səmaya baxırdım, ulduzlar çox idi həmən gecə. Artıq sən yolda idin gedirdin Bakıya tərəf. Mən isə tənha küçələri gəzirdim. Həmən gecə sanki çarpayıda deyil tabutda yatdım. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 218 225 228 183 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.