DeepDark

DeepDark Hekayələr 11-10-2017, 21:10

Fərqli izimiz var (Yeni Hekayə)

Fərqli izimiz var (Yeni Hekayə)


Hər qapı başqadı hər insanın izi fərqlidi ayaqqabılarımız da yerişimizdə fərqlidi düşüncəmizdə. Qonşuluqda məndən bir yaş kiçik qız vardı və anası onu məhəlləyə çıxmağa qoymurdu deyirdiki qız uşağısan oğlanlarla oynama qızın 15 yaşı vardı ailəsi imkanlı ailə idi evlərində plazma HD tv, noutbook, Mp3 play müxtəlif rəngli paltarlar ayaqqabılar hər şey almışdılar qızları üçün, xoşbəxtlikdən başqa çünki xoşbəxtliyi pulla almaq olmur. Bir gün qapılarının yanından keçirdim birdən qapı açıldı qız qorxa qorxa məhəlləyə çıxdı mənsə biraz utandım başımla salam işarəsi verib yoluma davam etmək istəyərdim ki qız incə səsi ilə salam necəsən? Deyə mənə səsləndi
Yene utanaraq titrək səslə cavab verdim
Yaxşıyam sən necəsən?
Oda yaxşı olduğunu bildirdi amma elədə yaxşı görünmürdü.
Məni çağırdı yanına dedi biraz söhbət etsək olar? evdə çox darıxıram atamla anam işə gediblər. Biraz çəkinərək Yaxşı deyib mən razılaşdım.
Mən qızla birgə onların həyətlərinə keçdim bura çox geniş bir həyət idi böyük villa və yerə çox gözəl kafel düzülmüşdü kənarları ilə torpağa hər rəngdə güllər əkilmişdi. Biz həyətdəki stolda əyləşdik çöldə gün olduğu üçün bura nisbətən sərin idi.
Qız qəfildən dilləndi sənin adın nədi?
Tez cavab verdim Tural bəs sənin?
Mənimdə adım Nərgiz
Biz bura bir neçə gündü koçmüşük məndə artıq bu məktəbdə oxuyacam amma atam deyirki məktəbə getmək lazımsızdı müəllimləri evə çağıraram dərs deyərlər sənə
Tural: Hə düz deyir amma getsən sənin üçün də maraqlı olar bütün günü evdə oturursan məhəlləyədə çıxmırsan. Biz ancaq dərsə getmirik ki orda sinif yoldaşlarımız var onlarla söhbətləşirik əylənirik.
Nərgiz: Hə məndə istərdim getmək amma atam razı deyil
Tural: bəs bu qəsəbəyə gələnə qədər hansı məktəbə gedirdin?
Nərgiz: Müəllimələr gəlib ders keçirdi mənə atam istəyirki burda da elə etsin
Tural: Hə başa düşdüm
Nərgiz: orda çox əylənirsiz?
Tural: harda?
Nərgiz: Məktəbi deyirəm
Tural: Hə əlbəttə dünən məktəbin həyətində basketbol oynuyurduq qızlı oğlanlı qızlar bizi 0-3 uddular. Mən sənin atana deyərəm ki Nərgizidə qoyun bizlə birlikdə məktəbə getsin olmazki?
Nərgiz: Yox mən ağlamışamda dəfələrlə heç cür razı olmur məktəbə getməyimə deyirki əziyət çəkmə hər şeyin ən yaxşısını edirəm sənin üçün..


( Birinci Hissənin Sonu )

Müəllif: Ali Məmmədli


Fərqli izimiz var (Yeni Hekayə)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
815 761 680 708 685 688

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.