cabir

cabir Xəbərlər 11-01-2026, 18:50

KİV: Çin Yaponiyaya yeni nadir mineralların tədarükünü ləğv etdi

KİV: Çin Yaponiyaya yeni nadir mineralların tədarükünü ləğv etdi

Çinin bir sıra dövlət şirkətləri yapon tərəfdaşlarına artıq onlarla yeni nadir mineralların tədarükü ilə bağlı müqavilə bağlamayacaqlarını bildiriblər. Bu cür mövcud müqavilələrin ləğv edilməsi ehtimalı da nəzərdən keçirilir.    Sun.Az-ın məlumatına görə, bu barədə "Kyodo" xəbər agentliyi Pekin və Şanxaydakı mənbələrə istinadən məlumat yayıb.        

Çin Ticarət Nazirliyinin açıqlamasına görə, Rəsmi Pekin Yaponiyaya "hərbi məqsədlər üçün" ikili təyinatlı malların ixracına embarqo tətbiq edib. Lakin bu siyahıya konkret hansı malların daxil ediləcəyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Çin ilk dəfə nadir minerallar tədarükündən imtina edir və bu qərar Yaponiya sənayesinə ciddi zərbə vura bilər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 172 172 174 158 145

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.